. Azerbaycan kinosu
Tarix: 28-10-2013 15:54
Müellif: _LoNeLY_

Azerbaycan kino senetinin tarixi 1898-ci il avqustun 2-den başlayır. İlk filmler fotoqraf ve nasir Aleksandr Mişon terefinden çekilmiş xronika süjetleri ("Bibiheybetde neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şeher bağında xalq gezintisi", "Qafqaz reqsi" ve s.) ve bir bedii kinosüjetden ("İlişdin") ibaret idi. 1915-ci ilde Qafqazda Pirone qardaşlarının açdığı sehmdar cemiyyetleri (ticaret evleri) terefinden Bakı, Tiflis, İrevan şeherlerinde prokat kontorları yaradılmışdır. 1915-ci ilde adı çekilen cemiyyet neft senayeçilerinin pulu ile İbrahim bey Musabeyovun "Neft ve milyonlar seltenetinde" romanı esasında eyni adlı ilk Azerbaycan bedii filminin çekilişine başladı. Filmi çekmek ücün Peterburqdan rejissor Boris Svetlov devet olunmuşdur. Tebiet menzereleri Bakıda ve etraf kendlerde, pavilyonla bağlı sehneler ise Tiflisde çekilirdi. Filmde Lütfeli bey rolunu Hüseyn Ereblinski oynamışdır. 1916-cı ilde Bakıda Üzeyir Hacıbeyovun "Arşın mal alan" operettası esasında ilk Azerbaycan kinokomediyası çekildi. 1919-cu ilde ise Azerbaycanın müsteqilliyinin ildönümü münasibetile "Tentene" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1920-ci iller 1923-cü ilde Azerbaycan Foto-Kino İdaresi (AFKİ) tesis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr ve prokat kontorların millileşdirilmesi ve birleşdirilmesi tedbirlerini heyata keçirirdi. O zamanlar AFKİ-nin nezdinde Bakıda "Teyyare", "Edison", "Milyon", "Ladya", "Medençi" ve s.kinoteatrlar da var idi. 1924-cü ilde AFKİ ikiseriyalı "Qız Qalası efsanesi" (rejissor V.V. Vallyuzek) adlı bedii filmi ekranlara çıxardı. Etnoqrafik cehetden maraqlı olan bu filmde müellifler Şerq ekzotikasından qaça bilmemişdiler. Azerbaycanda milli rejissor ve aktyor kadrları hazırlamaq üçün 1925 ilde Ş.Mahmudbeyovun teşebbüsü ile AFKİ-nin nezdinde studiya teşkil edildi. C.Cabbarlı, M.Mikayılov, E.Tahirov ve başqaları burada oxumuşdular. Filmlerin bedii keyfiyyetini yükseltmek, milli kadrların inkişafına kömek meqsedile Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi meşhur kinorejissorları, elece de Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, E.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder ve başqa kinooperatorlar devet olunmuş, C.Cabbarlı, A.M.Şerifzade ve başqaları kino yaradıcılığı işine celb edilmişdiler. AFKİ sonralar "Azdövletkino" (1926-1930), "Azerkino" (1930-1933), "Azfilm" (1933), "Azdövletsenayesi" (1934), "Azerfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ilden C.Cabbarlı adına "Azerdaycanfilm" kinostudiyası adlanır. Xurafat ve cehalete qarşı mübarize, inqilab, qadın azadlığı öten esrin 20-ci illerinde Azerbaycan kinosunun esas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şerifzade, A.Valovo), "Vulkan üzerinde ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermenikino" ile birqe), "Hacı Qara" (1929, rejissor A.M.Şerifzade) kimi kino eserleri, elece de öz azadlığı uğrunda mübarize aparan Azerbaycan qadını obrazını bedii ve real şekilde ifade eden "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) hemin dövrde yaradılmış uğurlu filmlerdendir. XX esrin 20-ci illerinde Bakıda yerli operatorlar ve xarici kino şirketlerinin nümayendeleri terefinden şeherin heyatından, neft medenlerinden behs eden kinoxronikalar ve senedli filmler çekilirdi. 1920 ilde "Bakıda 9 qızıl Ordunun resmi keçidi" adlı ilk xronika kinojurnalı çekilmişdir. Hemin il "Şerq xalqlarının birinci qurultayı" xronika filmi de yaradıldı. Sonrakı illerde müeyyen hadiselerle bağlı kinoreportajlar hazırlandı: "Sovet Azerbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft medenlerinde yanğın" (1923) "Neriman Nerimanovun defni" (1925), "M.Frunzenin Bakıya gelmesi" (1925) ve s. senedli filmlerle yanaşı, elmi-kütlevi filmlerin de istehsalına başlanıldı. 1925-ci ilde rejissor A.M.Şerifzade respublikanın medeni ve iqtisadi heyatından behs eden "Azerbaycana seyahet" filminin çekilişini başa çatdırdı. 20-ci illerde Azerbaycan kinosunda tarixi-senedli filmlerle yanaşı, tamaşaçıları genc respublikanın teserrüfat ve medeni heyatındakı nailiyyetleri ile tanış eden "Azerbaycan ekranı" kinojurnalı (ilde 4-5 nömre) buraxılmağa başlandı. Bu iller Azerbaycan senedli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illerde bu sahede B.V.Pumyanski, S.Bedelov, V.Yeremeyev, E.Hesenov, E.Elekberov ve b. fealiyyete başladılar. Bu senetkarların filmlerinde ilk beşilliklerde resublikanın heyatı, kolxoz quruculuğu, medeniyyet sahesindeki uğurlar, neft senayesinin yeni texnika ile techiz ve s. eksini tapmışdı. Senedli filmin imkanları daxilinde bitkin insan obrazı yaradılması sahesindeki cehdler o dövrun bedii nailiyyetlerindendir. 1930 - 40-cı iller

30-cu illerin evvelerinde mövzusu müasir heyatdan alınmış, meişeti bedii şekilde tesvir eden, elece de tarixi-inqilabi mövzulu filmler çekilirdi: "Letif", "İsmet" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" ve "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kendliler" (1940, rejissor S.Merdanov) ve s. Azerbaycan kinosu 1935-1988-ci illerde. Sesli dövr

1935-ci ilde "Azerfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ile birqe yaratdığı "Mavi denizin sahilinde" (rejissor B.V.Barnet) bedii filmi ile Azerbaycanda sesli kino eserlerinin istehsalına başlanıldı. Filmde baş rollarda görkemli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina ve başqaları çekilmişler. 1936-1941-ci illerde ekranlara 10-dan çox sesli film buraxılmışdır. İkinci dünya müharibesi illerinde qehreman döyüşçüler Kamal Qasımov ve Bextiyar Kerimova hesr olunmuş "Veten oğlu" ve "Bextiyar" (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun heyat ve fealiyyetine dair "Sebuhi" (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Tehmasib), vahid süjet xetti ile bağlı üç kinonovelladan ibaret "Bir aile" (1943, rejissorlar Q.V.Aleksandrov, R.Tehmasib, M.Mikayılov), müharibe dövründe denizçilerin gösterdikleri igidliklere hesr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.İvanov) bedii filmleri çekilmişdir. 1945-ci ilde Ü.Hacıbeyovun "Arşın mal alan" musiqili komediyası yeniden ekranlaşdırıldı. Rejissorlar R.Tehmasib ve N.Leşşenko milli koloriti ve xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdiler. Film keçmiş SSRİ-de, elece de dünyanın bir çox ölkesinde uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filmine göre rejissorlar R.Tehmasib ve N.Leşşenko, bestekar Ü.Hacıbeyov, aktyorlardan R.Behbudov, L.Bedirbeyli, E.Hüseynzade, M.Kelenterli ve L.Abdullayev 1946-cı ilde SSRİ Dövlet mükafatına layiq görüldüler. Azerbaycan kinosu 1950-ci illerde

1940-cı illerin sonu 50-ci illerin evvellerinde "Bakı kinostudiyası"nın esas istiqameti bedii-senedli ve publisistik filmlerin çekilmesine yöneldilmiş, bu dövrde yalnız "Feteli xan" (1947, rejissor V.İ.Dziqan, 1959 ilde ekrana buraxılmışdır) ve "Bakının işıqları" (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi ve R.Tehmasib) bedii filmleri çekilmişdir. 50-ci illerde ekranda fehle ve kolxozçuların, müxtelif peşe sahiblerinin emeyi ve heyatı öz eksini tapdı ("Qızmar güneş altında" (1957, rejissor L.Seferov), "Qara daşlar" (1958, rejissor A.Quliyev), "Kölgeler sürünür" (1958, rejissorlar İ.Efendiyev ve Ş.Şeyxov), "Onun böyük üreyi" (1959, rejissor E.İbrahimov), "Heqiqi dost" (1959, T.Tağızade), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R.Tehmasib), "Bizim küçe" (1961, rejissor E.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Bele ada da vardır" (1962, 1963, rejissor H.Seyidbeyli), "Ögey ana" (1959, rejissor H.İsmayılov). "Bakı kinostudiyası"nda müxtelif mövzularda filmler yaradılmışdır. 1957-ci ilde çekilmiş "Bir mehelleli iki oğlan" (rejissorlar E.İbrahimov ve İ.V.Qurin, operatorlar M.M.Pilixina ve R.Ocaqov, bestekar Q.Qarayev) filmi Şerq ölkelerinden birinde xalqın azadlıq ve demokratiya uğrunda mübarizesinden behs edir. Cesur partizan Mehdi Hüseynzadeye hesr edilmiş "Uzaq sahillerde" (1958, rejissorT.Tağızade) filmi ise Azerbaycanın, elece de keçmiş sovet kinosunun nailiyyetlerindendir.

Oxunub: 3752
Şerhler: 0

« Geri
m.alo.az
© 2018 AloChat