. HTC
Tarix: 04-06-2014 01:49
Müellif: АЗЕРИ

.

High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı ve satışını heyata keçiren Tayvan şirketi. 1997-ci il mayın 15-de tesis edilmişdir. Dünyanın en qabaqcıl markalarındandır.

Fealiyyetinin ilk dövründe şirket personal cib kompyuterlerinin (Pocket PC) istehsalı ile meşğul olmuş, neticede prioritet istiqamet olaraq aktiv inkişaf prosesinde olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ilden etibaren HTC öz markası ile istehsalı ikinci plana keçirerek telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermek qerarına gelmişdir. Operatorlar bu telefonlara loqotiplerini yerleşdirerek öz brendleri altında satırlar. O zaman bu istiqametin seçilmesinin şirket üçün uğurlu olduğu hesab edilirdi. İlk bele müqavileni HTC 2001-ci ilde bağlamış ve bu şekilde emekdaşlıq etdiyi şirketlerin sayı artmaqdadır. Şirketle emekdaşlıq edenler arasında T-Mobile, Orange, O2, Vodafone ve s. iri mobil operatorlar var.

Sonrakı dövrlerde HTC yeni - Qtek adlanan brendini yaratmış, 2004-cü ilde ise Asiya ölkelerine xidmet etmek meqsedile Dopod müessisesi yaradılmışdır. 2006-cı ilde korporasiyanın idare heyeti strateji qerar qebul ederek öz mehsullarını vahid HTC brendi ile teqdim etmeye başlamışdır.

Hazırda hem Windows Mobile, hem de Android platforması ile telefonlar ve kommunikatorlar istehsal edir. Şirketin en uğurlu markası 2010-cu ilde istehsal olunan HTC HD MİNİ olmuşdur.

Oxunub: 417
Şerhler: 1

« Geri
m.alo.az
© 2019 AloChat