. Uwaqligin son gecesi
Tarix: 22-10-2013 20:37
Müellif:

Bu gün uşaqlığım üçün darıxdım… Uşaq vaxtı heç böyümek istemirdim.Amma böyüdükce anladım ki,uşaq olub böyümeyi arzu etmek,böyük olub uşaq olmağı arzu etmekden daha yaxşıdır. Bu gün uşaqlığım üçün darıxdım,heyetde oynayarken yıxılmağım üçün.,Sonra dizlerimde olan yaralara göre ağlayardım.Amma böyüdükce anladım ki,qelbde olan yaralar daha çox incidirmiş. Darıxdım,bir sehv etdikde anamın meni acılaması üçün darıxdım.Düşünürdüm ki,o meni sevmir.Amma böyüdükce anladım ki,anamın bir acı sözü indi eşitdiyim min saxta şirin sözlerden üstün imiş... Uşaqlığım üçün darıxdım,mene nağıllar oxunması üçün.Onda ağ atlı şehzadelerin varlığına inanardım.Amma böyüdükce anladım ki,onlar yalnız nağıllarda olurlar Bu gün uşaqlığım üçün darıxdım,nenemin saçlarımı hörmesi üçün.Onda esebleşirdim,sonra gedib açırdım,böyümek isteyirdim.Amma böyüdükce anladım ki,hörükleri açmaqla böyümek olmur. Darıxdım….Heyetde oynadığım dostlarım üçün darıxdım.Onda mene 1 şeker veren qızı dostum hesab edirdim.Amma böyüdükce anladım ki,şeker veren o qız,mene zeher de vere biler. Uşağlığım üçün darıxdım.Atamın axşam eve gelmesini gözlemeyim üçün.Her gelende mene sevdiyim şokoladı alırdı.Dünya menim olurdu..Sonra seherleri atamı işe yola salarken,gelende mene saqqız almağını tapşırmağımı.Amma böyüdükce anladım ki,heyatda istediyim şeyleri elde etmek,saqqızı elde etdiyim qeder asan deyil. Bir gün gederken vitrinde gördüyüm oyuncağı mene almağını istedim anamdan..Bax o gün üçün darıxdım.Ağladım,anam da aldı.Amma böyüdükce anladım ki,hamı anam qeder yumşaq qelbli deyil.Göz yaşlarıma acımazlar Gizlenpaç oynamağ üçün darıxdım..Çox sevirdim bu oyunu.Amma böyüdükce anladım ki,problemlerle gizlenpaç oynamaq olmur. Sonra,gülüşlerim üçün darıxdım.Gülmek üçün sebeb lazım deyildi mene.Amma böyüdükce anladım ki,bir defe içden gülmek üçün min çetinlikden keçmek lazımdır. Küserken böyüklerden ,meni ezizlemeleri üçün darıxdım.Meni qucağlamalarını.Amma böyüdükce anladım ki,heyatdan küsdükde o almır insanı qoynuna. Bu gün uşağlığım üçün çox darıxdım…..Mesum xeyallarım,gözel röyalarım üçün darıxdım…. BES SEN??????

Oxunub: 658
Şerhler: 0

« Geri
m.alo.az
© 2014 AloChat