Warning: mysql_connect(): Headers and client library minor version mismatch. Headers:100519 Library:30123 in /home/aloaz/public_html/m/inc/config.php on line 17
İstifade Şertleri
AloChat - Pulsuz mesajlaşma və Tanışlıq platformasıdır.

AloChat sizə aşağıdakı şərtlərlə xidmət təklif edir. Bu şərtlər sizin bu xidmətdən istifadə etməyinizi tənzimləmək üçün nəzərdə tutulmuşdur. Xahiş edirik, istifadə şərtlərini diqqətlə oxuyasınız.

- Öhdəlikləriniz

Siz zəmanət verirsiniz ki, bu xidmətdən yalnız İstifadə şərtlərinə uyğun, düzgün və qanuna riayət edərək istifadə edəcəksiniz və aşağıdakıları etməyəcəksiniz:
Ədəbsiz, pornoqrafik, hədələyici, rasist, təhlükəli, təhqiredici, iftiralı, sirri aşkarlayan (müəllif hüquqları daxil olmaqla) hər hansı intellektual mülkiyyət hüququnu pozan və ya başqa şəkildə etiraza səbəb olan və ya qanunsuz;
mülki və ya cinayət məsuliyyətinə cəlb edilməyə səbəb ola biləcək sistemin və ya şəbəkənin təhlükəsizliyini pozmaq;
AloChat-ın icazəsi olmadan hər hansı kommersiya məqsədi ilə saytı və ya xidmətləri reklam və ya hər hansı xidmət və malları satmaq üçün istifadə etmək.

- Hüquqlar

AloChat xidmətdən istifadə şərtlərinin və ya Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması zamanı İstifadəçinin hesabını silmək və ya dondurmaq hüququna malikdir.
İstifadə şərtləri heç bir xüsusi xəbərdarlıq olmadan AloChat tərəfindən dəyişdirilə bilər.

- Məsuliyyət

AloChat hər-hansı bir xidmətin istifadəsi və ya keyfiyyəti ilə əlaqədar əmələ gələn zərərlərə görə məsuliyyət daşımayacaq. AloChat həmçinin AloChat –dan asılı olmayan gecikmələr, yerinə yetirməmə, xidmət kəsintisi ilə əlaqədar hər hansı bir itkiyə görə məsuliyyəti öz üzərinə götürmür. AloChat məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün ciddi cəhd göstərir. Lakin bizdən asılı olmayan səbəblərdən sizin məlumatlarınızın göndərilən şəxsdən başqa biriləri tərəfindən qanunsuz olaraq qarşısının alınması və ya əldə edilməsi riski mövcuddur. AloChat - istifadəçilər və üçüncü tərəf tərəfindən yaradılaraq və ya dərc edilərək sayta və xidmətlərə daxil edilmiş və ya saytla əlaqələndirilmiş məzmuna görə məsuliyyət daşımır.

« Geri
m.alo.az
© 2024 AloChat